Siyasət

Azərbaycanlılıarın qatili Samvel Babayan: Məni də həbs edəcəklər

31 İyul 2023 08:53
Baxış: 1 677

Xocalı qatili Vaqif Xaçaturyan Laçın postunda həbs olunandan sonra 1-ci Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən, Laçının və Şuşanın işğalında mühüm rol oynayan, Qarabağın işğalında xüsusi əməliyyatlarda iştirak edən qatil, cinayətkar Samvel Babayan qorxuya düşüb.

Milli.Az News24.az-a istinadən xəbər verir ki, erməni bloger Albert İsakovun yutub kanalına müsahibə verən Babayan erməni hakimiyyətini bacarıqsızlıqda ittiham edərək Azərbaycanın həbs edəcəyi cinayətkarların siyahısında adının olduğunu vurğulayıb. Öz cinayət əməllərini ört-basdır etməyə cəhd edən qatil Samvel Babayan separatçılarla Ermənistan hakimiyyət arasında mövcud olan fikir ayrılıqlarından da danışıb.

"Azərbaycan 300 nəfərdən çox cinayətkarı beynəlxalq axtarışa verib. Mən danışıqlarla bu şəxslərin bağışlanmasını istəyirəm. Amma ermnilər məni günahlandırdı ki mən özümə görə narahatam. Erməni hakimiyyəti səhv edir. Mən də bu siyahıdayam",-deyə Samvel Babayan vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.