Siyasət

İlham Əliyev Media Forumunda ermənilərin Qarabağa köçürülməsindən danışdı

21 İyul 2023 20:21
Baxış: 809

Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: "Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.