Siyasət

İlham Əliyev: Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar

7 İyul 2023 15:14
Baxış: 600

Bu gün biz ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq, gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.

"Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq", - deyə Prezident əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.