Siyasət

Prezident: Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir

7 İyul 2023 13:48
Baxış: 649

Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirilən geniş tərkibdə görüş zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var.

Əməkdaşlığın əsasını təşkil edən mühüm amilin enerji sahəsinin inkişafı məsələləri olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə daha çox planların olduğunu diqqətə çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.