Siyasət

Hava proqnozu Ermənistanı belə qorxuya saldı - FOTO

7 İyul 2023 08:26
Baxış: 1 357

"Bakı televiziyasının efirində gedən hava proqnozunda Ermənistan Respublikası, o cümlədən paytaxt İrəvan Azərbaycan kimi təqdim olunur".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan özünün Twitter səhifəsində paylaşım edib.

Göründüyü kimi, Ermənistan artıq Azərbaycan efirində gedən bir hava proqnozundan vəlvələyə düşüb. 30 il qaçqın həyatı yaşayanların, evindən didərgin düşənlərin ağrı-acısını anlamaqda çətinlik çəkən bu insani duyğulardan xəbərsiz toplum indi bunu düşmənçilik olaraq sırımağa çalışır. Biz 30 il sonra da olsa, vətənimizə qayıtdıq. Sizin isə dönəcək bir vətəniniz belə yoxdur, yalnız itirəcəkləriniz var.

Xatırladaq ki, Ermənistanın Ekologiya Nazirliyi illərdir ki, Azərbaycan ərazisi olan Qarabağdakı hava durumu barədə gündəlik məlumatlar dərc edir. Bu məlumatlarda yeganə dəyişiklik odur ki, son vaxtlar "artsax" sözünü "Dağlıq Qarabağ"la əvəz ediblər.

İrəvan isə Azərbaycanın klassik torpağı, vətənimizin bir parçasıdır. Biz hələlik İrəvanımızın hava durumu barədə məlumatlar yayırıq. Gün gələcək, bu gözəl Vətən torpağı düşmənlərdın təmizlənəcək və biz İrəvandan reportajlar yayacağıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.