Siyasət

Türkiyə Prezidenti: İşğaldan azad olunan ərazilərdə görülən işlər Azərbaycanın necə sürətlə inkişaf etdiyini göstərir

13 İyun 2023 16:20
Baxış: 608

Azərbaycanın böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələlərdən biri də yolların çəkilməsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Əvvəlki səfərində işğaldan azad olunan ərazilərdə tunellərin, körpülərin, viadukların inşasının sürətlə aparıldığını müşahidə etdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: "Bunlar Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə ortaya qoyur. Biz bunları gördükcə iftixar edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.