"Beynəlxalq təşkilatlar bunu görməzdən gəlirlər"
Həm müharibə, həm də müahirbə zamanı tördəilən cinayətlər birmənalı olaraq qəbuledilməzdir. Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması da qətiyyən qəbuledilməzdir. Beynəlxalq təşkilatlar Kaxovkadakı fəlakətə dərhal reaksiya verdilər. Təbii ki, bu tamamilə normaldır. Lakin normal olmayan həmin ölkə və təşkilatların 30 il boyunca Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi eyni cinayətlərə, ekoloji terrora susqun yanaşmasıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Beynəlxalq birliyin Ukraynadakı hadisəyə dərhal reaksiya verdiyini deyən deputat məhz bunun fonunda xarici ölkə və təşkilatların eyni məsələlərə ikili standartlardan yanaşdığının növbəti dəfə təsdiqləndiyini qeyd edib.
"Bəlli olduğu kimi beynəlxalq birlik, xarici ölkə və təşkilatlar Kaxovkadakı cinayətə dərhal reaksiya verdilər. Təbii ki, bu tamamilə normaldır. Lakin normal olmayan həmin ölkə və təşkilatların 30 il boyunca Ermənistanın Azərbaycana qarşı həyata keçridiyi eynitəmayüllü cinayətlərə, ekoloji terror susqun yanaşmasıdır. Bu azmış kimi həmin ölkə və təşkilatlar Ermənistanın hazırda da törətməyə çalışdığı növbəti ekoterrora reaksiya vermir, sanki bunu görməzdən gəlirlər", - deyə deputat bildirib.
V.İskəndərov deyib ki, buna missal olaraq Ermənsitanın atmağa hazırlaşdığı son addımı göstərmək olar. "Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Azərbaycan ictimaiyyəti, ekofəallar və müaviq QHT-lər bir neçə gündür ki, bu məsələ ilə bağlı haqlı narahatlıqlarını bəyan edirlər. Lakin yenə də beynəlxalq təşkilatlar susur. Daha doğrusu, bir daha məsələlərə ikili standartlardan yanaşma nümayiş etdirirlər", - deyə o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir





