Azərbaycan ilk dəfə olaraq bu görüşdə təmsil edildi
İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iclasda Azərbaycanı təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova ölkəmizin uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji strategiyası, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpaolunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.
NATO-ya üzv dövlətlərin nümayəndələri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıblar. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rol yüksək dəyərləndirilib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyəti qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi
-
Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti
-
Xəzərdə zəlzələ oldu





