Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir - İsrail Prezidenti
Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir. Azərbaycan ilə qarşılıqlı əlaqələrin genişlənməsi tərəflər üçün olduqca faydalıdır. Azərbaycan, eyni zamanda, bizim üçün dost ölkədir və onunla əlaqələr xarici siyasətimizdə prioritet istiqamətdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri İsrail Prezidenti İsxaq Hersoq jurnalistlərə deyib.
O bildirib ki, İsrail Azərbaycan ilə bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlıdır.
İsrailin "Haaretz", "İsrael xayom", "The Jerusalem Post" qəzetləri, rusdilli "Bести Израил", NEWSru.co.il saytları qeyd edirlər ki, Prezident İsxaq Hersoqun səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi, sənədlərin imzalanması və İsrail Dövlətinin 75 illiyinə həsr olunmuş tədbirdə də iştirakı nəzərdə tutulur.
Son illər İsrail Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi təsadüfi deyil. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Hazırda bu ölkə neftə tələbatının 40 faizini Azərbaycandan idxal etməklə ödəyir. Bununla yanaşı, hərbi sahədə də sıx əməkdaşlıq əlaqələrimiz var. Təsadüfi deyil ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına Azərbaycanın İsraildən aldığı hərbi məhsullar da öz töhfəsini verib.
Hazırda Azərbaycan ilə İsrail arasında hərbi, kənd təsərrüfatı, energetika və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var. İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri bu münasibətlərin daha da inkişafına kömək edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
DİN işçi axtarır - şərtlər
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı





