Siyasət

İsrailin keçmiş xarici işlər naziri Prezident İlham Əliyevə məktub göndərib

12 May 2023 18:32
Baxış: 599

2006-2009-cu illərdə İsrailin xarici işlər naziri olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Tzipi Livni Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkələr arasında münasibətlərin xarakterinin müəyyən olunmasında liderlərin rolu çox böyükdür. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bu günlər onun irsini və Azərbaycandakı yəhudi icmasına töhfəsini, həmçinin Azərbaycan və İsrail arasında münasibətlərin əsasını qoyan ilk addımlarını xatırlamaq üçün gözəl fürsətdir.

Zati-aliləri, Siz bu gün atanızın yolunu və siyasi kursunu layiqincə davam etdirirsiniz. Biz bu yubiley ilini rəmzi olaraq İsraildə Azərbaycan səfirliyinin açılması ili kimi qeyd edirik.

Mərhum Prezident Heydər Əliyevin xatirəsinə və Zati-alinizin siyasətinə İsraildə böyük ehtiram bəslənilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.