Siyasət

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

15 Aprel 2023 20:12
Baxış: 786

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 1 yük maşını Laçından Xankəndi istiqamətində hərəkət edib.

Bundan əvvəl isə 7 avtomobilin müxtəlif vaxtlarda hər iki istiqamətdə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Beləliklə, bu gün Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 69-a çatıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.