Siyasət

Gürcüstan və Azərbaycan Orta Dəhliz layihəsi üzərində koordinasiyalı şəkildə çalışır

7 Aprel 2023 16:40
Baxış: 616

Orta Dəhliz layihəsi üzərində birgə, koordinasiyalı şəkildə çalışırıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

Baş nazir deyib: "Məqsədimiz yaxın gələcəkdə bütün maneələri aradan qaldırmaq, infrastrukturu birgə inkişaf etdirməkdir". İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanda yeni liman inşa edilir. Bir ildən sonra Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətini genişlənmiş şəkildə həyata keçirəcək. Biz bununla Orta dəhliz vasitəsilə daha çox yük cəlb edə biləcəyik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.