İrəvan ifşa oldu: Ukrayna şok faktlar yaydı
Ukrayna mediası Qərb mənbələrinə istinadla bir neçə gündür Ermənistanın Rusiyanın apardığı işğalçı müharibənin birbaşa iştirakçısı olduğu haqda çox sərt məqalələrlə çıxış edir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Qərb mənbələri Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın əsas kanallardan biri olduğunu vurğulayıblar.
Qeyd edilir ki, Ermənistan Rusiyanın hərbi sənayesinin ehtiyac duyduğu avadanlıqları almasında da fəal iştirak edir.
"Beləliklə, İrəvan Tehranla birgə Ukraynaya qarşı təcavüzdə şərik kimi çıxış edir", - mənbələr bildirir.
"Podrovnosti" (Podrobnosti.ua) saytının yazdığına görə, Ermənistan ruslara məişət texnikası almaq adı altında düşmənin hərbi texnikasını Qərbin ehtiyat hissələri ilə təmin edir.
"Teleqraf" (Telegraf.com.ua) isə yazır: "Məhz Ermənistan bazarı vasitəsilə İran dron-kamikadzeləri ötürülür və bu silahlar Ukraynada dinc şəhərləri vurur. Polşanın "New Eastern Europe" nəşrinin məlumatına görə, İran Ermənistanın əli ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir. ABŞ-da rəsmi mənbələr rusların ermənilərlə əməkdaşlığını təsdiqləyir".
Qazeta.ua (Gazeta.ua): "Təcavüzkarla belə "sakit" əməkdaşlığın ən xoşagəlməz cəhəti odur ki, bu, təkcə mülki istehlak mallarına deyil, həm də hərbi təchizata aiddir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların İrəvanın dəstəyi ilə işlədikləri barədə məlumat verir. Bu cür məlumat artıq Qərb tərəfdaşları tərəfindən də təsdiqlənib".
Kp.ua: "Son bir ildə İrəvan və Moskva arasında iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb. Ermənistan faktiki olaraq Rusiya bazarı üçün sanksiya mallarının alınması üçün tranzit məntəqəsinə çevrilib".
"Glavred": "Ermənilər Qərbdə ruslar üçün "rəsmi alıcıya" çevriliblər. Beləliklə, İrəvan Rusiya bazarı üçün müasir elektron avadanlıqların, smartfonların, eləcə də Qərb brendlərinin yeni avtomobillərinin alınmasına kömək edir. Ermənistan faktiki olaraq soyuducu və paltaryuyan maşınları alıb, Rusiya bazarına göndərməklə Kremlin Ukraynaya qarşı müharibəsinə yardım edir".
"Ukranyus" (Ukranews): "Ermənilər təkcə Qərbdəki loyal siyasətçilər vasitəsilə düşməni siyasi baxımdan dəstəkləmir, həm də rusların Qərb bazarlarında vasitəçiləri kimi çıxış edirlər".
Faktı.ua (Fakty.ua): Son bir ildə Moskva və İrəvan iki ölkə arasında ticarət dövriyyəsini kəskin artırıblar. Faktiki olaraq bu, ona görə baş verib ki, Ermənistan tərəfi Rusiya üçün lazım olan, Qərbin sanksiyaları ucbatından əldə olunmayan malların alınması ilə məşğuldur".
Qeyd edək ki, bu barədə dəfələrlə məqalələr dərc etmişik. Belə ki, 2022-ci ildə Ermənistanda Rusiyaya ixrac 4 dəfə artaraq, 2,5 milyarda çatıb, Rusiyadan Ermənistana pul köçürmələri isə ötən ilə 5 dəfə artıb.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirmişdi ki, ən qəribəsi Ermənistandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracının bir ildə 10 dəfəyə yaxın və ya bahalı və yeni avtomobillərin ehtiyat hissəslərinin Ermənistandan Rusiyaya ixracının 1200% artmasıdır. "Bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir", - N.Cəfərli bildirmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)





