Siyasət

İlham Əliyev: Ölkələrimizin bir-birindən uzaqda yerləşməsi əməkdaşlığımıza mane olmamalıdır

7 Mart 2023 19:34
Baxış: 837

Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə deyib.

"Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.