Siyasət

Prezident: "Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir"

27 Fevral 2023 22:24
Baxış: 792

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir. "Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.