Siyasət

“Proses Qərb ssenarisi üzrə gedir, Qarabağ məsələsi...” – Abovyan

25 Fevral 2023 08:33
Baxış: 766

"Ermənistan-Azərbaycan sülh danışıqları Qərb ssenarisi üzrə gedir".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Abovyan deyib.

"ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan liderlərini yaxın bir neçə gün ərzində Brüsseldə görüşə dəvət edib. Görünən budur ki, amerikalılar daha çox Avropanın təşəbbüsünü dəstəkləyirlər. Hesab etmək olar ki, Münxendə Ermənistan-Azərbaycan danışıqları ilə bağlı hansısa razılaşma əldə olunub", - deputat bildirib.

Abovyan Qərbin iki ölkə arasındakı vasitəçilikdə təşəbbüsü ələ aldığını söyləyib.

Siyasətçi sülh danışıqların Qərb ssenarisi üzrə getdiyini bildirib. Abovyanın iddiasına görə bu ssenari Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyinin tam bərpasını ehtiva edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.