Siyasət

Zaxarovadan sərhədimizlə bağlı: Onlar yalan danışır

22 Fevral 2023 21:58
Baxış: 1 292

Biz bu barədə mövqeyimizi bildirmişik və təkrar edirəm: Missiyanın mülki xarakter daşıdığını deməklə, onlar (AB - red.) heç də tam həqiqəti demirlər və ya yalan danışırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Mariya Zaxarova AB-nin Ermənistan-Azərbaycan sərhədində yeni, daha uzunmüddətli missiyasının fəaliyyətə başlaması ilə əlaqədar bugünkü mətbuat konfransında deyib.

Qeyd edək ki, AB "mülki" missiyası 20 fevralda fəaliyyətə başlayıb. Onun tərkibinə alman polisi və fransız jandarmasından nümayəndələr də daxil edilib. Bu isə missiyanın heç də mülki olmadığı anlamına gəlir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.