Siyasət

"Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir"

17 Fevral 2023 23:29
Baxış: 549

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şərait digər ölkələrə nümunədir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit Münxendə Prezident İlham Əliyevlə görüşündə bildirib.

O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğulayıb, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.