Siyasət

Erməni əsgərini sərhəddə kim güllələdi?

14 Fevral 2023 22:21
Baxış: 1 864

Bu gün saat 18:05 radələrində Ermənistanın Böyük Qaraqoyunlu kəndi istiqamətində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğu, həyatının təhlükə altında olmadığı bildirilib.

Hadisənin araşdırıldığı bildirilsə də, əsgərin "düşmənin açdığı atəş nəticəsində" yaralandığı barədə "ilkin ehtimal" da irəli sürülüb.

Qeyd edək ki, sərhəddə atəşkəsin pozulduğu barədə heç bir açıqlama yoxdur. Üstəlik, erməni əsgərin sərhəd postunda deyil, "Böyük Qaraqoyunlu kəndi istiqamətində" yaralandığı bildirilir.

Xatırladaq ki, Böyük Qaraqoyunlu kəndi bir müddət əvvəl 15 erməni əsgərin yanıb öldüyü Ağkilsə kəndinin yaxınlığındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.