Siyasət

Suriya Türkiyə ilə sərhədi açır

14 Fevral 2023 08:04
Baxış: 634

Humanitar yardımların göndərilməsi üçün Suriya rəhbərliyi Türkiyə ilə 2 sərhəd məntəqəsini açmağa icazə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ötən gün Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə humanitar məsələlər müzakirə edilib. Suriya rəhbəri yardımların çatdırılmasını asalnlaşdırmaq üçün Bab əl-Salam və Əl-Rai sərhəd-keçid məntəqələrinin 3 ay müddətinə açılmasına razılıb verib.

Qərarı bir çox ölkə təqdir edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.