Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayəti və Şebekinski rayonunu atəşə tutub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında yazıb.
"Hava hücumundan müdafiə sistemimiz işləyirdi. İlkin məlumata görə, xəsarət alan yoxdur. Yerdəki fəsadlar dəqiqləşdirilir", - qubernator bildirib.
Milli.Az