Rusiyanın bu əraziləri atəşə tutuldu

31 Yanvar 2023 22:58

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayəti və Şebekinski rayonunu atəşə tutub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında yazıb.

"Hava hücumundan müdafiə sistemimiz işləyirdi. İlkin məlumata görə, xəsarət alan yoxdur. Yerdəki fəsadlar dəqiqləşdirilir", - qubernator bildirib.

Milli.Az