Prezidentin Katalin Novak ilə geniş tərkibdə görüşü olub - VİDEO - FOTO
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Macarıstan Prezidenti Katalin Novak dedi:
- Bir daha, xoş gəlmisiniz. Nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çox idi ki, hətta bu vaxtdan da artıq çəkə bilərdi. Lakin ümid edirik ki, gələn dəfə təkbətək görüş üçün daha çox vaxt ayrılacaq.
Gəldiyinizə görə hamınıza minnətdarıq. Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən artıq yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək. Mən isə dövlət başçısı olaraq dövləti təmsil edirəm.
Artıq qeyd etdiyim kimi, Siz nümayəndə heyətinin üzvləri ilə sarayın qarşısındakı meydanda qarşılanma zamanı tanış oldunuz. Lakin bizim yeni energetika nazirini hələ görməmisiniz. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.
Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər də gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Təşəkkür edirəm, xanım Prezident. Dəvətə görə minnətdaram. Gözəl ölkənizə rəsmi səfərdə olmaqdan böyük şərəf hissi duyuram. Fürsətdən istifadə edərək, mən Sizə uyğun olan vaxtda sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istərdim və beləcə, biz dialoqumuzu davam etdirə bilərik.
Macarıstanda yenidən olmaqdan məmnunam. Qeyd etdiyiniz kimi, dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar. Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.
x x x
Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edildi. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olundu.
Ölkələrimizin ailə dəyərləri mövzusunda əməkdaşlığı barədə danışıldı, bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda və Macarıstanda ailə dəyərlərinə böyük diqqətin göstərildiyi bildirildi.
Söhbət zamanı tələbə mübadiləsinin, Macarıstan tərəfindən azərbaycanlı tələbələrə təhsil təqaüdlərin ayrılmasının iki ölkənin gənclər sahəsində əməkdaşlığına töhfə verdiyi diqqətə çatdırıldı.
Görüşdə həmçinin minaların təmizlənməsi sahəsində əməkdaşlığa da toxunuldu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





