İsrail İranı BU SİLAHLA VURDU - Azərbaycan Qarabağda ondan istifadə etmişdi
"Cənubi Qafqaz və Yaxın Şərq yeni reallıqların asatansındadır".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

O bildirib ki, İsrail bundan sonra da İrandakı hərbi obyektlərə zərbələr endirəcək:
"İsrail hərbi, nüvə infrastrukturu, eləcə də İranın müdafiə və neft sənayesi obyektlərinə müxtəlif dağıntı vasitələrilə kütləvi zərbələr endirdi. Yayılan görüntülərə əsasən demək olar ki, zərbələr ünvanına çatır. İsrail böyük ehtimalla ABŞ-ın dəstəyi ilə İranın hərbi gücünə və nüvə silahı yaratmaq qabiliyyətinə ən azı ciddi ziyan vurmaq qərarına gəlib. Bu bölgələr ballistik, qanadlı raket və dronlardan istifadə etməklə ən azı aşağı intensivlikli münaqişə şəklini alıb.

İsraillə münasibətlərimizin yüksək səviyyəsini nəzərə alsaq, bu münaqişə Azərbaycan üçün risk və təhdid yarada bilər. Ukraynadan sonra hazırda bu bölgə planetin ən qaynar nöqtəsidir.
Belə aydın olur ki, biz bundan sonra bu tipdə hələ çox video və şəkillər görəcəyik. İsrailin İranın strateji obyektlərinə zərbələr endirməsini əks etdirən videolar arasında biri daha çox məni özünə cəlb etdi. Tehranda baş verən partlayışlar fonunda əhali pəncərələrdən "Diktatora ölüm, Xamneyiyə ölüm" qışqırırdı.
6.jpg)
Yanvarın 23-də İsrailin müdafiə nazirinə HAROP kamikadze dronunun yeni modifikasiyası nümayiş olunub. Uçuş məsafəsi artırılıb, 1000 km-in üstündədir və peyk antenası quraşdırılıb. Fakt budur ki, dronların diapazonu yerdən idarəetmə məntəqəsinin imkanları ilə məhdudlaşır və nadir hallarda 300 km-dən çoxdur. Peyk idarəetmə sisteminin quraşdırılması ilə diapazon radio-elektron mübarizə avadanlıqları ilə məhdudiyyətsiz hal alır.
Heç şübhəsiz, HAROP kamikadze dronu öz sinifinin ən yaxşısıdır. Bu dronlar 44 günlük və Aprel döyüşlərimizdə özünü parlaq şəkildə göstərdi. İnanıram ki, İrandakı bəzi hədəflərə bu dronla hücum edilib".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)
-
Petr Çex: DÇ-2026-nın qalibi bu ölkə olacaq
-
Nəzakət Teymurova ilə istirahətə yollandılar (Foto)
-
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır (Foto)
-
Gəncədə fərdi ev yandı - Xəsarət alan var (Foto)
-
Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü
-
Gəmi kapitanının nəşi ölkəyə gətirilir - XİN
-
Bir vaxtlar çimizdirdiyi körpə indi Messinin rəqibidir (Foto)
-
Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb (Foto)
-
Dəhşətli yanğın onların da villasına çatdı
-
"Atletiko"dan Alvares transferi ilə bağlı "Barselona"ya sərt cavab
-
Zərdabda ağır qəza - Xəsarət alanlar var
-
"Bu halda yaxşı evdə yaşamırsansa, axmaq adamsan"
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
-
Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı?
-
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
-
Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
-
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - (Foto)
-
80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)
-
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
-
Məzunlar 10 günə ala biləcəklər
-
Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
-
Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)
-
"Həddindən artıq dərs oxumaq düzgün deyil" - Maksimum bal toplayan Paşa





