Siyasət

Ərdoğan Makronu səriştəsiz lider adlandırdı

30 Yanvar 2023 12:10
Baxış: 1 604

"Fransa davamlı olaraq beynəlxalq aləmdə nüfuzunu itirir".

Milli.Az "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əslində Fransaya rəhbərlik edən şəxs bu dövlətin başçısı olmaq üçün səriştəyə malik deyil. Hazırda Fransa Afrika ölkələrini istismar edir. Mali Fransa ilə qırılma vəziyyətindədir. Burkina-Faso da Fransaya vaxt verib və 1 aydan sonra ölkədə fransız əsgəri görmək istəmədiyini bildirib. Düşünürəm ki, Togo da bunu edəcək", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, həmçinin Makronun dürüst olmadığını da vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.