"Türkiyəni darmadağın edərik" - yunan nazir Ankaranı hədələdi
Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağa davam edir. Bu dəfə Yunanıstanın İnkişaf və İnvestisiyalar naziri Adonis Georgiadis Türkiyəni hədəf alıb və Ankaranı açıq şəkildə təhdid edib.
Milli.Az bildirir ki, Georgiadis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana "Bir gecə qəfil gələ bilərik" xəbərdarlığına münasibət bildirib:
"Hər dəfə bu sözləri eşidəndə gülürük. Cənab Ərdoğana bildirmək istəyirəm ki, gecə, günorta və ya səhər gəlməyə cəsarət etsələr, "Rafale" və "Viper" Türkiyə Hərbi Hava Qüvvələrini darmadağın edəcək".
Yunan nazir "Sülh istəyirsənsə, döyüşə hazır ol" Roma atalar sözünə inandığını vurğulayıb:
"Mən Ərdoğana deyirəm ki, Yunanıstanla qarışa bilməzsən. Mitsotakis gəlib Silahlı Qüvvələri gücləndirdi. Torpedalar aldıq, freqatlar sifariş etdik, Fransa və ABŞ ilə ittifaq bağladıq".
Qeyd edək ki, 2022-ci il Yunanıstan üçün silahlanma ili olub. Bir çox silah sövdələşməsinə imza atan Afina rəhbərliyi bir tərəfdən açıqlamaları ilə Türkiyəni hədəf alır, digər tərəfdən isə hərbi texnikalara milyardlarla dollar xərcləyir.
Yunanıstan silahlanmaya 2019-cu ildə 500 milyon, 2020-ci ildə 530 milyon, 2021-ci ildə 2,52 milyard avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 3,37 milyard avroya çatıb.
Afina administrasiyası 2019-cu ilin iyul ayından bəri 172 silahlanma proqramı üçün 14,4 milyard avro dəyərində müqavilə imzalandığını açıqlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi





