Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb - FOTO
İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu öz işinə başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 27-dən start götürən qar polosu üzrə dünya kuboku yarışlarında ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə "Land of Fire" komandası təmsil edir. Yarışların ilk turunda komandamız yarımfinala vəsiqə qazanıb və "Land of Fire" bu qələbəni Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının qarşısını alarkən həlak olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr edib.
Yanvarın 29-dək davam edəcək yarışlar çərçivəsində turniri yüzlərlə tamaşaçı izləyəcək və bu günlər ərzində qonaqlara Azərbaycan pavilyonunda ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlar barədə məlumatlar təqdim olunacaq, eksponatlar sərgilənəcək. Pavilyonun ilk günündə milli geyimlər, xalça və ipək sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, eləcə də 150 illik tarixi olan kəlağayı maraqla izlənilib. Pavilyonda Azərbaycan ərazisindəki müxtəlif arxeoloji tapıntılar, qədim sənət növləri, o cümlədən dulusçuluq nümunələri sərgilənir və dulusçuluq üzrə ustad dərsləri təşkil olunur.
İzləyicilərə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.
Qonaqlar burada Azərbaycan mətbəxi ilə tanış ola və ləziz təamların dadına baxa bilərlər. Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri də təmsil olunur. Belə ki, ölkəmizdəki üzümçülük və şərabçılığın tarixindən məlumat verilir və qonaqlar "Meysəri" brendinin şərablarından dada bilir. Eləcə də "Resm" brendinin, "İRS" qalereyasının tarixi ənənələri yaşadan müasir sənətkarlıq nümunələri olan zinyət əşyaları və "AzərGold" QSC tərəfindən təqdim olunmuş qızıl və gümüş sikkələr sərgilənir.
Bu gün isə ənənəvi "Baku-Moritz night" gecəsi təşkil olunacaq. Tədbir zamanı "Baku-Moritz Polo Award" mərasimi keçiriləcək. Mərasimdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada yaşayan tanınmış azərbaycanlı pianoçu Etibar Əsədli gecənin xüsusi dəvətlisi kimi çıxış edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
XƏBƏR LENTİ
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Formula-2: Qırmızı bayraq qaldırıldı - Yenilənib
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi





