Siyasət

Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

28 Yanvar 2023 08:08
Baxış: 396

Türk Dövlətləri Təşkilatının baş katibi Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən səfirliyə qarşı amansız silahlı hücumunu kəskin şəkildə pisləyir.

Bu barədə Təşkilatın bəyanatında bildirilib.

"Biz İran hakimiyyətini bu zorakı hücumu hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu gün dünyasını dəyişən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.