Avropa alternativ enerjiyə daha çox investisiya qoysa da, təbii qaz əsas mənbə olaraq qalacaq - Brayza
Alternativ enerjiyə investisiyaların artmasına baxmayaraq, təbii qaz Avropa üçün əsas enerji mənbəyi olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
"Avropa İttifaqı (Aİ) daim iki hədəfi eyni anda izləyir ki, nəzarətdən çıxacaqları təqdirdə ziddiyyət yaranmasın. Beləliklə, bir nömrəli hədəf əlbəttə ki, Rusiyanın daha əvvəl Avropaya ixrac etdiyi 155 milyard kubmetr qazın yerini başqa mənbələrlə doldurmaqdır. Azərbaycan öz tədarükünü ikiqat artırsa, Avropanın qaz idxalının 16-20 faizini təmin edə bilər. Beləliklə bir hədəf budur", - o deyib.
M.Brayza ikinci hədəfin əlbəttə ki, dekarbonizasiya, yəni təbii qaz da daxil olmaqla bütün karbohidrogen enerji mənbələrindən tədricən imtina edərək bunun əvəzinə bərpa olunan enerji mənbələrinə, o cümlədən yaşıl hidrogenə bel bağlamaq olduğunu qeyd edib.
"Düşünürəm ki, bunun üçün nəhəng investisiyalar və nəhəng kapital tələb olunacaq və mən əminəm ki, növbəti on və ya iyirmi il ərzində Avropa bərpa olunan enerji mənbələrinə daha çox investisiya qoyaraq təbii qaza tələbatı azaltmağa çalışsa da, yenə də təbii qaz əsas enerji mənbəyi olaraq qalacaq", - keçmiş səfir əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, son zamanlarda ekoloji cəhətdən təmiz enerji texnologiyalarının sürətlə artmasına baxmayaraq, dünya hələ də enerji təchizatı üçün qazıntı yanacağından asılıdır.
"Əslində ekoloji cəhətdən təmiz enerji təklifinin 2000-ci ildən etibarən artımı xüsusən də bazarı formalaşmaqda olan və inkişaf etməkdə olan ölkələrdə neft, qaz və kömürlə müqayisədə aşağı olub. Bu ölkələrdə ilkin enerji tədarükünün ümumi həcmində qazıntı yanacağının payı əsasən kömürün payının 27 %-dən 35 %-dək artması hesabına 2000-ci ildə 77 %-dən 2021-ci ildə 80 %-dək qalxıb. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə isə bu göstərici eyni dövrdə 82 %-dən 77 %-ə düşüb. Nəticədə dünya enerji balansında qazıntı yanacağının ümumi payı demək olar ki, dəyişməyərək təqribən 80 % səviyyəsində qalıb", - BEA-nın son hesabatında belə deyilir.
Hesabata əsasən neft 2021-ci ildə ümumi enerji tədarükünün 29 %-ni təşkil etməklə (2000-ci ildəki 37 faizlə müqayisədə) ən iri ilkin enerji mənbəyi olaraq qalır, ikinci yerdə 26 faizlə (23 faizlə müqayisədə) kömür və daha sonra 23 faizlə (21 faizlə müqayisədə) təbii qaz gəlir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)





