Siyasət

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO - FOTO

20 Yanvar 2023 12:01
Baxış: 1 247

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli.Az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.