Siyasət

TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pislədi

14 Yanvar 2023 08:38
Baxış: 414

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən qanunsuz istismarından narahat olduqları bildirilib.

Ağır ekoloji təsirlərə səbəb olan beynəlxalq hüququn pozulmasını pisləyən bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, onların Ermənistana qaçaqmalçılıq yolu ilə keçirilməsi, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və minalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin qarşılıqlı hörmət səviyyəsində qalmasını, suverenliyini, ərazi bütövlüyünü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozur. Bütün bunlar regionda sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir".

Bundan əlavə, TDT Ermənistanı bu qanunsuz əməllərə dərhal son qoymağa çağırıb və bununla bağlı Azərbaycanın bütün səylərini dəstəklədiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.