Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İsveçə xəbərdarlıq edib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəbərdarlıq ölkənin NATO-ya qoşulmaq istəyi ilə bağlıdır.
"Terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər İsveçin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil", - deyə Ərdoğanın sözçüsü qeyd edib.
"İsveç Türkiyənin 70 ildir üzvü olduğu NATO-ya daxil olmaq üçün Madriddə verdiyi vədlərə əməl etməlidir. Türkiyənin bu məsələdə hansısa güzəştə getməsini gözləmək əbəsdir", - deyə Altun əlavə edib.
Milli.Az