Türkiyə rəsmiləri İsveçə xəbərdarlıq etdi

12 Yanvar 2023 21:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İsveçə xəbərdarlıq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəbərdarlıq ölkənin NATO-ya qoşulmaq istəyi ilə bağlıdır.

"Terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər İsveçin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil", - deyə Ərdoğanın sözçüsü qeyd edib.

"İsveç Türkiyənin 70 ildir üzvü olduğu NATO-ya daxil olmaq üçün Madriddə verdiyi vədlərə əməl etməlidir. Türkiyənin bu məsələdə hansısa güzəştə getməsini gözləmək əbəsdir", - deyə Altun əlavə edib.

Milli.Az