Siyasət

Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı… - Paşinyan

10 Yanvar 2023 21:07
Baxış: 1 152

Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub. İrəvanın narahatlığı ondan ibarətdir ki, Azərbaycan Prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir.

Biz aydın şəkildə bildirməliyik: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, o zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Qalan hissələr üzrə, Qarabağ məsələsinin həllinin düsturu ilə bağlı mən 2021-ci il aprelin 13-də parlamentdə və digər ictimai bəyanatlar zamanı çıxış etmişəm", - o bildirib.

Paşinyan qeyd edib ki, Ukrayna müharibəsi dünyaya yeni nizam gətirib:

"Və bu yeni dünya nizamında biz Ermənistanı qurbangaha qoya bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: dünyanın yeni inkişafının məntiqinə uyğun inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün gündəm seçirik, lakin bu o demək deyil ki, biz Qarabağdakı soydaşlarımızın hüquq və təhlükəsizliyinə son qoyuruq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.