Mədəniyyət

“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər...”

30 Sentyabr 2025 14:24
Baxış: 741
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

"Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan iki yaş böyük olmuşam. Buna baxmayaraq, ondan çox şey öyrənmişəm", - T.İmanov vurğulayıb.

"Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə, dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm", - mərhumun qardaşı əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.