Ukraynada gedən müharibə zamanı Kadırovun Xantı-Mansi Muxtar Dairəsindəki nümayəndəsinin oğlu Cambulat Zaurayevin öldürülüb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda OSINT eksperti İrakli Komaxidze bildirib.
Onun sözlərinə görə, 34 yaşlı Zaurayev Zaporojye vilayətində məhv edilib. Kadırovun qoşunlarında könüllü kimi döyüşən Zaurayev yanvarın 3-də Çeçenistanda dəfn edilib.
Sosial şəbəkələrdə döyüşçünün Qroznı Dövlət Neft İnstitutunu bitirdiyi bildirilir. Rusiya Federasiyasının dövlət reyestrində o, "antikollektor" şirkətinin rəhbəri kimi qeyd olunub.
Milli.Az