Siyasət

Sülhməramlılar konteyner və çadırları söküb, postun ərazisinə daşıyıblar - FOTOlar

24 Dekabr 2022 12:52
Baxış: 2 358

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarına məxsus çadır və konteynerlər tamamilə sökülüb.

Milli.Az xəbər verir ki, konteyner və çadırlar yük avtomobilləri ilə Laçın istiqamətində quraşdırılan postun ərazisinə daşınıb. Yolun Xankəndi hissəsində Rusiya sülhməramlılarına məxsus post isə sökülməyib, sülhməramlılar adi qaydada buradakı xidmətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına və ekoloji terrora son qoyulmasına qarşı azərbaycanlı fəalların təşkil etdiyi aksiya davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.