Siyasət

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi münasibətilə paylaşım edib - FOTO

21 Dekabr 2022 11:18
Baxış: 655

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 95 illik yubileyi münasibətilə "Instagram"da paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.