Siyasət

ABŞ-dan Belarusa xəbərdarlıq

20 Dekabr 2022 08:10
Baxış: 506

Ukrayna münaqişəsində Belarus Rusiyaya yardımı artırarsa, ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"Biz Belarusun Ukraynada Rusiyaya əlavə dəstək verib-verməyəcəyini diqqətlə izləyirik və çox diqqətlə izləməyə davam edəcəyik. Əgər bunu görsək, bunun üçün potensialı görsək, o zaman əlavə tədbirlər tətbiq etməklə proporsional cavab verəcəyik", - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.