Siyasət

Belçika polisi Avropa Parlamentində axtarış aparıb

13 Dekabr 2022 08:24
Baxış: 580

Belçika polisi korrupsiya ilə bağlı araşdırma çərçivəsində Avropa Parlamentinin binasında axtarış aparır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, axtarışlar Qətərdə keçirilən dünya çempionatı ilə bağlı korrupsiya işi çərçivəsində aparılır.

Bu hadisə Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olmuşdu.

Belçika federal prokurorluğunun məlumatına görə, bu, dörd gün ərzində artıq 20-ci axtarışdır.

Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.