Siyasət

Avropa Parlamentinin vitse-prezidentinin "ərəb eşqi" varmış - BÖYÜK QALMAQAL - FOTO

10 Dekabr 2022 08:33
Baxış: 1 875

Avropa Parlamentinin (AP) sədrinin müavini Yeva Kailinin Belçika Federal Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Bu haqda Belçika mətbuatı məlumat yayıb.

Bildirilib ki, Belçika Federal Prokurorluğu gün ərzində 16 evə basqın edib, 4 nəfəri saxlayıb.

Nəticədə AP sədrinin müavini, AP Sosialistlər və Demokratların Proqressiv Alyansı (S&D) və Yunanıstanın müxalifət partiyası PASOK-un üzvü Eva Kaili və daha 3 nəfər saxlanılıb.

Sabiq yunan teleaparıcı, Avropa Parlamentinin vitse-prezidenti və qurumun Ərəbistan yarımadası ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Yeva Karli DÇ-2022-yə ev sahibi edəcək ölkənin seçimi zamanı Qətərin namizədliyinin dəstəklənməsinə yönəlmiş lobbinq fəaliyyətində korrupsiyaya yol verməkdə şübhəli bilinir.

Saxlanan 4 nəfər arasında Avropa Parlamentinin sabiq deputatı və Avropa Həmkarlar Konfederasiyasının rəhbəri də var.

Axtarışlar zamanı 500 min avro məbləğində nağd pul götürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.