Siyasət

Rusiya ilə Belarus arasında protokol imzalandı

3 Dekabr 2022 23:04
Baxış: 983

Rusiya ilə Belarus arasında regional təhlükəsizlik sazişinə dəyişiklik edilməsi ilə bağlı protokol imzalanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 1997-ci ildə Belarusla imzalanmış regional təhlükəsizlik sazişinə dəyişiklikləri nəzərdə tutan protokolun imzalandığını elan edib.

Protokolu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Belarusun müdafiə naziri Viktor Hren imzalayıb.

"Hərbi sahədə birgə regional təhlükəsizliyi təmin etmək üçün beynəlxalq müqaviləyə dəyişiklik edilməsi haqqında protokol imzalanıb", - deyə məlumatda bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.