Prezident aqroparkın su qurğularını işə saldı - VİDEO - FOTO
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəki-Oğuz" Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, "Şəki-Oğuz" Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi "Azdövsutəslayihə" İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.
Məlumat verildi ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.
Eyni zamanda, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən nasos stansiyasının xarici elektrik təchizatı üzrə 14 kilometr uzunluğunda 35 kVt-luq ikidövrəli elektrik xətti və 16 min kVt gücündə 2 transformator yarımstansiyası inşa edilib.
Diqqətə çatdırıldı ki, Oğuz rayonu ərazisində Ağçay üzərində suqəbuledici qurğu inşa edilib, 10,2 kilometr uzunluğunda metal boru, 160 metr uzunluğunda təmizləyici polad boru xətləri çəkilib və tutumu 2500 kubmetr olan basqılı su hovuzu tikilib.
Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə saldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
XƏBƏR LENTİ
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!





