İrəvan Vaşinqton formatından da qaçsa, BAKI NƏ EDƏCƏYİNİ BİLİR
"Rusiyanın regiondan belə tez çıxacağını heç real görmürəm, açığı. Mövqe savaşı indi də bu regionda hələ ki gedəcək. Bu müddət ərzində də mövqe savaşında güclü vəziyyətə gəlmək üçün Ermənistan təxribatlar törətməklə xaricdən həm qıcıqlandırılıb, həm də şirnikləndiriləcək. Amma zənn edirəm ki, Paşinyan sentyabrda yol verdiyi səhvlərin miqyasını növbəti dəfə böyük tutmayacaq, itkilərə yol verib cəmiyyəti yenidən üstünə qaldırmaq istəməz".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Bakı Qarabağı hansısa aktorla müzakirə etməməkdə qərarlıdır:
"Başqa sözlə, Ermənistanda nə qədər çox itki olarsa, İrəvanda sülhdən yayınma ehtimalı bir o qədər azalacaq. Paşinyan daxildə öz hakimiyyətini qorumaq üçün, xaricdə də Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləməklə bu balansı qorumağa çalışır.
Brüssel formatının isə işlək mexanizmini itirməsi, ya da Aİ-nin mövqelərinin zəiflədilməsi sadəcə bizim regionla bağlı deyil. Bu gün Avropa ABŞ-ın ikiqat zərbəsi ilə üz-üzədir. Rusiyanın Ukraynadakı hərəkətləri nəinki qitədə enerji qiymətlərinin həmişəlik ABŞ-dan daha yüksək qalacağını ehtimal edir, indi ABŞ-ın subsidiya proqramı nəhayət Avropa sənayesini bitirmək dəst-xətti götürüb.
ABŞ əvvəlcə qitədə anti-Rusiya əhval-ruhiyyəsini qızışdırdı ki, bu da enerji böhranı təhlükəsinə səbəb oldu, sonra isə qazanc əldə etmək üçün özünün bahalı enerji resurslarının regiona ixracını artırdı. İstehsal gücünün bir hissəsinin isə Avropadan ötürülməsi bazar seçimi ilə idarə olunan təbii proses deyil, bu, Vaşinqtonun qlobal təchizat zəncirinə birbaşa müdaxiləsinin nəticəsidir.
Aydın görünür ki, ABŞ Aİ üzvlərinin siyasətini müəyyən etmək imkanı əldə edib, lakin Rusiya Federasiyasına qarşı planlarını tam həyata keçirə bilib desək, yanılarıq. Regionumuzda da ABŞ Aİ-ni, hətta Rusiyanı da masadan kənarlaşdırıb, təşəbbüsləri tam özü əlinə almaqda qətiyyət göstərir. Bu isə heç də asan məsələ deyil. Əvvəla deyək ki, rəsmi Bakı Qarabağı hansısa aktorla müzakirə etməmək dəst-xəttindən millimetr belə kənara çəkilməyəcək. Bu, bizim daxili işimizdir.
Səhnədə Rusiya və ABŞ var, Azərbaycan Fransanı birmənalı prosesə buraxmadığı üçün yenidən gəlişi də mümkünsüzdür. Yaxın ötən müddət ərzində ABŞ və Brüsselin fəallığı məlum idi, Rusiya yenidən bu boşluğu doldurmağa çalışır. ABŞ-ın isə regionda bu qədər fəallaşması, səfərlərin artması regiona müdaxiləyə həm də Rusiya və İran çərçivəsindən baxmağının nəticəsidir.
ABŞ ilin sonuna qədər razılıq əldə olunmasına çalışsa da, Ruben Vardanyan məsələsinin aktuallaşdırılması, toponimlərlə bağlı baş verən mövcud məsələlər ondan xəbər verir ki, Rusiya ABŞ-ın istənilən cəhdinin qarşısını almaq üçün mümkün bütün üsul və metodlardan istifadə edir. Yəni Rusiyanın qarşısına qoyduğu birinci məqsəd ABŞ-ın regiona müdaxiləsinin qarşısını almaq üçün onun üzünə bütün dəmir qapıların bağlanmasıdır.
Rusiyanın arxa plana belə tez atılacağını düşünmək sadəlövlük olar, açığı. Bu belə olsa da idi, toponimlər məsələsinin qızışdırılmasından qabaq Rusiya üçtərəfli bəyanatın 4-cü bəndini ilk əvvəl və bu qədər gecikdirmədən icra edərdi. Yəni Rusiyanın regionda dominantlığını qorumaq üçün atdığı və atmadığı addımlar yeni və sadəcə toponimlər məsələsi deyil. Regionda sadəcə ABŞ-dır demək vaxtı da ən azından indi deyil.
Paşinyana gəldikdə isə sülhü manipulyasiya etməsi Azərbaycana qarşı gəlmək cəhdindən, ya da sadəcə bizim regionda ABŞ-Rusiya rəqabətindən doğmur, Paşinyan Rusiya-Ukrayna müharibəsinin də nəticəsinə uyğun olaraq qərarlar almağı gözləyir. Bu baxımdan da vaxt uzatmasına gedir. Lakin bu meyillər yolun sonunda sülhdən qaçış, ya da ortasında öz mövqeyini kiçik də olsa keçirə bilmə ehtimalı belə deyil.
Azərbaycana gəldikdə isə düşünürəm ki, biz sadəcə İrəvanın ipə-sapa yatması üçün yenə qeyri-müəyyən zamana kimi oturub gözləyəsi deyilik. Pozuculuq, vaxt uzatma və manipulyasiya məsələsində formalaşdırılaraq, səhnəyə atılacaq istənilən ssenaridə hər bir aktorun qarşısında adekvat tədbirləri qəti görmək planlarımız da mütləq mövcuddur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)





