Siyasət

Soydaşlarımız Fransa əleyhinə kampaniya keçirdi

26 Noyabr 2022 13:04
Baxış: 683

Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirilib.

Milli.Az bildirir ki, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirilib.

Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.