İlham Əliyev: İşğal dövründə qəzəb hissinə görə çox yuxusuz gecələrim olub
Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və bu mövqeyə sadiq qalır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Rusiya-Ukrayna münaqişəsi barədə suala cavab verərkən bildirib.
Dövlətimizin başçısı deyib: "Fikrimcə, nə baş verəcəyini heç kim bilmir. Biz bu məsələyə qoşulmamışıq və informasiyanı açıq mənbələrdən alırıq. Lakin görürük ki, bu münaqişə ilə bağlı beynəlxalq hadisələrin proqnozlaşdırılması əsla mümkün deyil. Ən vacib sual bunun nə vaxt və necə başa çatacağıdır. Dünyada çox şey bundan asılı olacaq. Ona görə də vəziyyətin necə inkişaf edəcəyi barədə şərhlərlə çıxış etmək mənim tərəfimdən, necə deyərlər, çox məsuliyyətsiz hərəkət olardı. Bu, bir sıra amillərdən, Rusiya hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərbdəki müttəfiqlərin siyasətindən asılıdır".
Sözlərinə davam edən Azərbaycan Prezidenti deyib: "Bunu başa düşmək lazımdır ki, müharibə başa çatmalıdır. Fikrimcə, bu, birinci dərəcəli məsələdir. Əlbəttə, Azərbaycan bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqeyə sadiq qalırıq. Biz ərazi bütövlüyünün pozulmasından zərər çəkmişik. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Digər tərəfdən, müxtəlif ölkələrin ərazi bütövlüyünə fərqli yanaşma mövcuddur".
İşğal dövründə Azərbaycanın postsovet məkanında münaqişələrə yanaşmaların fərqli olmasına görə həmişə məyus olduğunu deyən dövlətimizin başçısı vurğulayıb: "Ukraynaya qədər Gürcüstanda, Moldovada münaqişələrdən söhbət gedəndə həmin ölkələrin ərazi bütövlüyünü aşkar şəkildə dəstəkləyirdilər. Azərbaycanla bağlı halda biz vasitəçilərdən heç vaxt belə açıq yanaşma və ya bəyanat eşitmədik. Bizə, sadəcə, deyirdilər: "Siz razılığa gəlməlisiniz". Amma biz soruşanda ki, "BMT Təhlükəsizlik Şurasının qətnamələri necə olsun?", cavabında susurdular. "Helsinki Yekun Aktı necə olsun?", cavabında susurdular. Onda biz dedik: "Yaxşı! Bu reallıqdır və biz bu reallığı dəyişəcəyik". Biz bu reallığı dəyişməyə hazırlaşmağa başladıq. Məsələ belə olub".
Dövlətimizin başçısı vəziyyəti beynəlxalq hüquq deyil, BMT deyil, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordunun, bizim xalqın, bizim siyasi iradəmizin dəyişdiyini vurğulayaraq deyib: "Beləliklə, reallıq dəyişdirilməli idi. Bunu etməyə gücün varmı? Gücün varsa, bunu edirsən, yoxdursa, güc toplayırsan. Əgər sakit həyat istəyirsənsə, bu gerçəkliklə razılaşırsan. Biz başqa yol seçdik. Məndən soruşurdular ki, yuxusuz gecələrim olubmu? Bəli, işğal dövründə qəzəb hissinə görə çox yuxusuz gecələrim olub. Ona görə yox ki, nə isə baş verə bilər, bəzən onu başa düşdüyümə görə ki, bu ədalətsizlik dünyanın necə idarə edilməsinin nəticəsidir. Biz yalnız müharibədə qalib gələndən sonra məndə ədalətə inam hissi əmələ gəldi. Mən ədalətə yenidən inanmağa başladım. Buna görə də sonda nə olacağını yenə bilmirəm. Bizimlə nə etdikləri aydındır. Bizim ərazi bütövlüyünün bərpasına yanaşmamız da məlumdur. Yəni, güclü olmaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
XƏBƏR LENTİ
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı





