Prezident: Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub
Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda deyib.
Dövlətimizin başçısı bildirib: "Biz Afrika qitəsinin ölkələri ilə fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik, habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir".
Prezident İlham Əliyev xatırladıb ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti Afrika dövlətləri idi. "Onlar başa düşürlər ki, Azərbaycan onların dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim böyük potensialımız var", - deyə dövlətimizin başçısı qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü





