Əlvida, Nensi! Erməni separatçıları ABŞ-da öz müttəfiqlərini itirdi
Ermənistan nəhayət etiraf etməlidir ki, onun iki stulda oturmaq, yəni müxtəlif tərəfdarlar arasında balans yaratmaq cəhdləri sonda əks nəticələrə gətirib çıxaracaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadənin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri postunu bir müddət əvvəl itirmiş və təxribat xarakterli hərəkətləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına qarşı yönəlmiş Nensi Pelosi ilə bağlı məqaləsində deyilir.
Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporunun "böyük dostu" və separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin təxminən 20 faizini işğal etməsi, 1 milyona yaxın dinc sakini oradan qovması faktı barədə fikir bildirməyib.
"Ermənistan həmişə Pelosini ABŞ-da diaspordan "az" pul müqabilində istənilən vaxt Türkiyə və Azərbaycan əleyhinə istənilən təşəbbüsü dəstəkləməyə hazır olan əsas erməni lobbiçisi hesab edib", - P.Mirzəzadə yazıb.
Xüsusi tapşırıqlar üzrə səfir haqlı olaraq bildirib ki, Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etmək və regionda uzunmüddətli sülh və sabitliyə gətirib çıxaracaq dialoqa başlamaq imkanı var.
"Pelosinin yaşını nəzərə alsaq, onun Ermənistanı daha da "demokratikləşdirməyə" vaxtı azdır. Lakin, təbii ki, o, vaxtaşırı Konqres iclaslarında erməni diasporunun ianələrindən istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı erməni dostlarını dəstəkləyəcək. Erməni dostları ona arxayınlıqla "əlvida Nensi, əlvida!" "çoxdan gözlədik və ümid etdik, siz isə liderlərindən biri olduğunuz Demokrat Partiyasının dəstəyi ilə səs qazana bilməyərək bizi məyus etdiniz" deyə bilərlər", - P.Mirzəzadə vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
UEFA Superkubokunun qalibi bəlli oldu
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
14 il sonra ilk dəfə ət yedi - Göz yaşları "sel oldu" - (Video)
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib
-
Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər





