Putin KRİTİK QƏRAR astanasında: İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
"Vladimir Putin Ermənistan səfəri zamanı çalışacaq ki, burada əsas rəsmi İrəvanın mərkəzdən qaçma meyillərinin önünü alsın".
Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Putin üçün Ermənistan səfəri çox çətin keçəcək:
"Ermənistan hakimiyyəti son vaxtlar açıq şəkildə Rusiyadan uzaqlaşıb, Qərbə doğru yaxınlaşmağa çalışır. Bu əslində Paşinyanı hakimiyyətə gətirən Paşinyan inqilabını maliyyələşdirən Qərbin Soros-liberal qanadlarının əslində tələbidir.
Paşinyan qarşısındakı birinci tələb Qarabağ və Ermənistan-Azərbnaycan məsələsi deyil, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə aparmaq, Qərbə inteqrasiya etməkdir. Paşinyan da buna çalışır və bununla bağlı Ermənistan baş nazirinin əlinə çox yaxşı bəhanə düşüb.
Paşinyan birinci dəfə Qarabağ kartından istifadə etdi: Güya Azərbaycan Qarabağa hücum edir, Rusiya onu müdafiə etmir. Və bu məsələ ilə bağlı aydın məsələdir ki, Qarabağ Azərbaycanın tanınmış ərazisi olduğu üçün KTMT səviyyəsində Rusiya ona cavab vermədi.
Daha sonra isə Azərbaycanın güya Ermənistana hücum etməsi, Ermənistan sərhədlərini pozması məsələsi qabardıldı. Ermənistan başladı ki, "Qarabağ artıq bizi nə Qarabağda qorudu, nə də Ermənistan ərazisinə olan hücumdən bizi qoruyur. Ona görə də biz KTMT-dən çıxmalıyıq" ritorikasını işə salmağa.
Paşinyan hətta Şanxay Əməkdaşlıq Təşkilatının görüşünə və digər bir sıra görüşlərə qatılmadı və açıq şəkildə Rusiyaya narazılığını ortaya qoydu. Putin isə necə də olsa Ermənistanın Rusiyadan bu uzaqlaşmasının qarşısını almağa çalışır.
Burada artıq Emrənistanın da, Azərbaycanın da tələbləri konkretdir. Ermənistan konkret şəkildə tələb edir ki, Rusiya ona Azərbaycanla sərhədlərin delimitasiyasında və Qarabağ məsələsində dəstək versin. Aydın məsələdir ki, Putin Ermənistanın MTMT-dən çıxmasının qarşısını almaq üçün, İrəvanın bu mövqeyini yumşaltmaq üçün, KTMT-nın dağılmasının qarşısını almaq üçün müyyən güzəştlərə getməyə məcburdur.
Azərbaycan da Rusiyadan açıq şəkildə tələb edir:
1. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərksilah edilsin.
2. Zəngəzur dəhlizi açılsın
3. Sülhməramlıların vaxtının bitməsinə az qaldığından onlar da artıq Azərbaycanın Qarabağın dağlıq hissəsindəki suverenliyini təmin etsinlər ki, artıq ərazidən çıxarkən həmin yerləri hər hansı bir maneə ilə qarşılaşmadan Azərbaycana təhvil verə bilsin.
Soçidə rəsmi Bakıya təklif olunsa da, Azərbaycan sülhməramlıların daha artıq Qarabağda qalmasını istəmir.
Belə olan halda Putin üçün Ermənistanda KTMT iclasında çox çətin olacaq. Rusiya dövlət başçısı orada elə bir fikir irəli sürməlidir ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi bundan qane olsun. Nə Ermənistan KTMT-dən çıxıb yeni yol tutmağa çalışsın, nə də Azərbaycan Rusiyaya qarşı açıq-aydın şəkildə mövqe alsın".
Qeyd edək ki, Putin bu gün Ermənistana gedir. O KTMT-nin sammitində iştirak edəcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
XƏBƏR LENTİ
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı





