Rusiya Qarabağdan çıxmaq istəmir: Fransa isə Azərbaycana qoşun yeritmək fikrində
"İstənilən müharibə danışıqlarla bitir. Necə ki, 1945-ci ilin mayında admiral Karl Dönitz ilə danışıqlar Avropada İkinci Dünya Müharibəsinə son qoydu".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Krımın yaxın gələcəkdə Ukrayna tərəfindən geri qaytarılması real deyil:
"Ukrayna rəhbərliyinin çox mülayim tələbləri var. Müharibə cinayətkarlarının cəzalandırılması ilə öz ərazisinin işğaldan azad edilməsi və dəymiş ziyanın ödənilməsi minimum tələblərdir. Əgər Ukrayna güzgü tələblərini irəli sürsəydi, söhbət Rusiya Federasiyasının dövlət qurumu kimi məhv edilməsindən gedir. Amma qeyd edək ki, Ukrayna belə tələblər irəli sürmür.
Ukraynanın iki həftə ərzində çətin ki, Krımı azad edə biləcəyini söyləyən amerikalı mütəxəsislər eyni zamanda bildiriblər ki, Rusiya Federasiyası Ukraynanı heç vaxt ələ keçirə bilməyəcək. Ancaq əgər bir il əvvəl Amerika iki həftə ərzində Krımın azad edilməsindən danışmağa başlasaydı, vəziyyət tamam başqa cür ola bilərdi. İndi isə xüsusi bir şey yoxdur, bu xəbər Moskvaya ancaq nikbinlik verir.
Bu arada Tbilisdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə israrlı söhbətlər gedir. Ümumiyyətlə, bu mövzuda söhbətlər artıq sarkazm halına gəlir - Vaşinqton və Brüsselin fəaliyyəti dərhal yaxın gələcəkdə sülhün imzalanmasına səbəb olur, Moskva və Parisin fəallığı isə bunun əksinə olaraq prosesi ləngidir.
Burada isə hər şey sadədir, dövlətlərə və Aİ-yə regionda sabitlik üçün ən azı müəyyən təminat lazımdır. Məqsəd isə gün kimi aydındır: ruslar (sülhməramlı kontingenti) Qarabağı tərk etmək istəmirlər, fransızlar isə bura gəlmək istəyirlər. Beləliklə, sülh müqaviləsi məsələsi Nyutonun binomialı deyil, baxmayaraq ki, Nyutonun binomialında da mürəkkəb bir şey yoxdur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib





